Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-26 16:56:00
Bakıda orta məktəbdən oğurluq oldu

Bakıda orta məktəbdən oğurluq olub.

AzEdu.az xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Əlahiddə Çevik Polis Alayı və Nəsimi RPİ 19-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində martın 25-də rayonun 20 Yanvar küçəsində yerləşən orta məktəbdən müxtəlif ləvazimatlar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini K.Cavadov saxlanılıb.
Onun 3 ədəd noutbuk, 2 ədəd proyektor, 2 ədəd sürətçıxaran, 2 ədəd istilik radiatoru, 4 ədəd səsgücləndirici və digər məktəb ləvatimatları oğurladığı güman olunur.