Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-27 10:08:01
Universitetdən qovulan qızın nadir xəstəliyi - Sutkada 22 saat yatır  

Böyük Britaniyanın Lester şəhərində yaşayan 21 yaşlı Roda Rodriqez Diaz sutkada 22 saat yatır. 

AzEdu.az  xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb milyonda bir insanda tapılan nadir Kleyn-Levin xəstəliydir. Nadir xəstəlik səbəbindən Diaz həyatın onun yanından keçməsindən gileylənir.

“Bütöv həftə yatdığımı anlayanda real həyatın yanımdan keçditini anlayıram”-deyə tələbə qız gileylənib. Onun sözlərinə görə, ən uzunmüddətli yuxusu 3 həftə davam edib.

2018-ci ildə kurs işini vaxtında yazmadığı üçün və imtahanlara girmədiyi üçün universitetdən qovulan Diaz xəstəliyi ilə bağlı rəsmi diaqnozu göstərdikdən sonra “xüsusi qız” kimi yenidən ali məktəbə qəbul edilib.

Adətən, Kleyn-Levin sindromu yaxud yatmış gözəl xəstəliyi yeniyetməlik vaxtı müşahidə olunur və milyonda bir rast gəlinir.