
Təhsil eksperti Etibar Əliyev sabiq nazir Misir Mərdanovla bağlı son günlər sosila şəbəkələrdə yayılan məlumatları şərh edib.
AzEdu.az xəbər verir ki, E.Əliyev sabiq təhsil naziri ilə bağlı mətbuatda gedən məlumatları belə izah edib:
"Keçmiş təhsil naziri Misir Mərdanova sual veriblər: Siz də uzun müddət təhsil naziri vəzifəsində çalışmışınız. Nazirliyə işə qəbul məsələsində regional amilə yer ayırırdınızmı?
Cavabı belə olub: Qəti şəkildə! Heç bir zaman! Kim istəyirsə, siyahıya baxa bilər, görər ki, kim var, kim yox. Heç bir zaman elə bir hal olmayıb. Bu gün də mənim iş təcrübəmdə elə bir şey yoxdur, olmayıb da.
Tamailə doğrudur: Həqiqətən də Misir Mərdanov nazir olduğu müddətdə Tikinti təmir İdarəsinin rəisi, xalası oğlu Allahverdi Dəmirovdan başqa regional amilə yer verməyib. Gəlin baxaq.
Ali və Orta ixtisas idarəsinin rəisi İlham Mustafayev-əslən gürcüstanlı
Mərkəzi aparatın rəhbəri - İlham Pirməmmədov, Qazax
Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması idarəsinin rəisi Fərzəli Qədirov –Yardımlı (Bundan əvvəl Rahim Ağamalıyev-şamaxı)
Maliyyə İdarəsinin rəisi Şahrza Əliyev –Lerik
Akkreditasiya İdarəsinin rəisi Həbib Zərbəliyev -Salyan
Orta Ümumtəhsil İdarəsinin rəisi Arif Muradov-Şamaxı,
Dərslik, nəşriyyat idarəsinin rəisi Faiq Şahbazlı – Şabran
Xarici Əlaqələr İdarəsinin rəisi Mahir Əliyev- Ağdaş
Köməkçiləri - İlqar Mahmudov-Şəki və Rasim...Tərtər
Ancaq Misir müəllim bir məsələni gizlədib. Böyük məktəb və liseylərə qohumlarını direktor təyin edirdi. Əlbəttə bunu region amili hesab etmək olmazdı".