
Azərbaycan Dövlət Aqrar Universitetinin alimlərinin daha bir səfəri Tərtər rayonuna olub. Universitetdən AzEdu.az-a verilən məlumata görə, alimlər rayonun Dövlət Aqrar İnkişaf Mərkəzində "Pambıqçılıqda innovativ texnologiyaların tətbiqi ilə məhsuldarlığın yüksəldilməsi"-nə dair seminar-müşavirə keçiriblər.
Professor Ziyad Abbasov, professor Şahlar Babayev, professor Mirnaib Mirsalahov və dosent Siyavuş Vəliyev keçirilən seminar-müşavirədə pambıqçılıqda innovativ texnologiyalar, dəqiq səpinin texniki problemləri və iqtisadi səmərəliliyi, suvarmanın elmi əsaslarla təşkili və kənd təsərrüfatı maşınlarından istifadə zamanı təhlükəsizlik qaydaları barədə rayonun fermerlərinə və DAİM-in əməkdaşlarına maraqlı, innovativ məlumatlar veriblər, onların suallarını cavablandırıblar.
Seminar-müşavirədə DAİM-in direktoru dosent Mehman Babayev ADAU-nun rəhbərliyinə və əməkdaşlarına, həmçinin seminar iştirakçılarına minnətdarlığını bildirib.