Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-29 14:35:00
“Bizdə tələbə “niyə oxumalıyam?!” deyib, fərqli yollar axtarır” – İqbal Ağazadə  

“Tələbə alimliyin, elmlə məşğul olmağın gələcəkdə  ona böyük imkanlar verəcəyini, cəmiyyətdəki yerini təsdiq etdirəcəyini görsə, sosial vəziyyətini yaxşılaşdıracağını düşüncə,   elm və təhsildən uzaqlaşmayacaq”.

Bunu AzEdu.az-a açıqlamasında sabiq millər vəkili, “Ümid” Partiyasının sədri İqbal Ağazadə deyib.

O, universitetlərimizdəki tələbə kütləsinin ümumi maraq dairəsindən, eləcə də kitabxana məfhumuna münasibətindən danışarkən, bir sıra zəruri məqamlara toxunub:

“İnsanların maraq dairəsini cəmiyyətin inkişafı, dinamikası  və orada baş verən proseslər müəyyənləşdirir.Tələbə,şagird -istənilən insan belə özünə maraq dairəsi formalaşdırmalıdır.Cəmiyyət özü-özlüyündə insanların da maraq dairəsinin formalaşmasına səbəb olur.Əgər bu gün tələbələrin maraq dairəsində qüsurlar varsa, deməli, günah heç də tamamilə onlarda deyil.

Tələbələri kitabxanaya cəlb etmək üçün öncə onları nələrəsə inandırmalıyıq: tələbə görməlidir ki, savad, oxumaq, bilik dünyagörüşü, gələcəkdə qazanılacaq uğurlarüçün tək vasitə elmdir. Tələbə bu gün görür ki, uğurun əsas göstəricisi elm deyil. Bu zaman da  düşünür ki, mən niyə oxumalıyam?! Beləcə, fərqli yollar axtarmağa başlayır.Amma cəmiyyətin tələbi elm olsa, bu zaman o kitabxanayada gedəcək,  kitab da oxuyacaq və dünyagörüşünüdəgenişləndirəcək.

Tələbə alimliyin, elmlə məşğul olmağın gələcəkdə  ona böyük imkanlar verəcəyini, cəmiyyətdəki yerini təsdiq etdirəcəyini görsə, sosial vəziyyətini yaxşılaşdıracağını düşüncə, elm və təhsildən uzaqlaşmayacaq.

Biz gözləyirik ki,tələbə,fəhlə, ziyalı kitabxanadan çıxmasın.Bu, mümkün deyil! Cəmiyyətin kitabxanaya gedən təbəqəsi fərqlidir.Bugün o təbəqənin kitabxanaya getməsi üçün onlara  dəyərli imkanlar verilsə, onlara da kitabxanaya üz tutarlar”.

Şükufə  Süleymanlı