
Dövlət İmtamahan Mərkəzi (DİM) martın 31-də Bərdə şəhərində ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq istəyən əvvəlki illərin məzunları, əvvəlki illərdə təhsil sənədi ala bilməyən və eksternat qaydasında imtahan verən məzunlar, üzrlü səbəbdən bu ay keçirilən buraxılış imtahanlarının (IX sinif) birinci mərhələsində iştirak edə bilməyən, habelə orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində orta məktəbdə təhsil aldıqları bölmədən fərqli bölmə üzrə iştirak etmək istəyən Azərbaycan və ya rus dili fənni üzrə imtahanı verən və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində buraxılış imtahanı çərçivəsində verilən xarici dil fənnindən fərqli xarici dil fənni üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün imtahanlar keçirib.
DİM-in Bərdə regional bölməsinin müdiri Elton Süleymanov AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Bərdə şəhərində keçirilən imtahanda bu rayondan, həmçinin Ağdam, Ağcabədi, Tərtər, Xocavənd, Beyləqan, Yevlax, Füzuli və Laçından olan 919 məzunun iştirakı nəzərdə tutulub. İki yerdə keçirilən imtahanlar 2 ümumi imtahan rəhbəri, 6 imtahan rəhbəri və 67 nəzarətçi-müəllim tərəfindən idarə olunub.
İmtahanlar mövcud təlimata uyğun aparılıb və heç bir qanun pozuntusuna yol verilmədən müəyyən olunmuş vaxtda uğurla başa çatıb.