
2018-04-10 19:04:25
Rusiyada rüşvətə görə 13 universitet müəllimi saxlanılıb
Rusiyanın Volqoqrad şəhərində özəl ali təhsil müəssisəsinin dekan və müəllimləri polis tərəfindən saxlanılıb.
AzEdu.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Məlumata əsasən, bir neçə il müddətində şübhəli şəxslər tələbələrdən sessiya zamanı yaxşı qiymət qarşılığında pul alıblar. Axtarışdan sonra 13 nəfər saxlanılıb. Məlum olub ki, cinayət şəbəkələşməsinin təşkilatçısı hüquq fakültəsinin dekanıdır. İstintaq 100-ə yaxın cinayət epizodunu qeydə alıb.
Müəllimlərin evlərində axtarış zamanı bank kartları, qiymət kitabçaları və digər sənədlər götürülüb. Cinayət iştirakçılarını 7 ilə kimi azadlıqdan məhrumetmə cəzası gözləyir.
Bu bölməyə aid digər xəbərlər
Peşə məktəblərinə vakansiya seçimi mərhələsinə start verilir
2024-08-21 14:38:01
Qarabağ Universitetinə prorektorlar təyin olunub
2024-07-29 16:22:57
Müəllimlər 65 yaşda təqaüdə getmək istəmirlər
2024-03-29 16:41:00
Gəncədə beynəlxalq elmi-praktiki konfrans keçirilir
2023-12-16 10:02:01
UNEC-də Heydər Əliyevin neft strategiyasına həsr olunan tədbir...
2023-12-08 16:02:37
Türkiyəli general Hərbi İnstitutda olub
2023-12-07 16:16:02
Gənc istedadların xüsusi təqaüdü haqqında Əsasnamə TƏSDİQLƏNDİ
2023-11-30 15:17:00
Dünyaşöhrətli azərbaycanlı alimlə görüş keçirilib
2023-10-08 14:34:05
ATU-nun professoru vəfat edib
2023-06-13 09:00:37
UNEC-də I Beynəlxalq Forum öz işinə başlayıb
2023-06-09 14:33:48