Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-03 12:00:00
Dilçilik İnstitutu işçi axtarır - ELAN  

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutu ştatda vakant olan vəzifələri tutmaq üçün müsabiqə elan edib.

AMEA-dan AzEdu.az-a bildirilib ki, vakant yerlər Azərbaycan dilinin tarixi şöbəsi üzrə aparıcı elmi işçi və türk dilləri şöbəsi üzrə böyük elmi işçi vəzifəsinə 1 yerdir.

Müsabiqədə fəlsəfə və elmlər doktorları iştirak edə bilərlər.

Sənədlər müsabiqənin tələblərinə uyğun olaraq, bu gündən etibarən 1 ay müddətində elmi katibliyə təqdim edilməlidir.