Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-04 13:23:00
Şagird özünü məktəb binasından atdı - AYAĞI SINDI  

Bakının Səbail rayonunda yerləşən 162 saylı orta məktəbdə bədbəxt hadisə baş verib.

162 nömrəli tam orta məktəbdən AzEdu.az-a verilən məlumata əsasən, VIII sinif şagirdi III mərtəbəsindən yıxılıb. Müvafiq səbəblərə görə məlumatda şagirdin adı qeyd olunmayıb.

İlkin məlumata görə, şagirdin ailəsində müəyyən problemlər mövcuddur.

Hazırda şagird 1 saylı Şəhər Klinik Xəstaxanasına  yerləşdirilib. Şagirdin ayağında sınıq var.

Qeyd edək ki, hazırda hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırma aparır.