
Xəbər verdiyimiz kimi, ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu martın 15-dən aprelin 15-dək davam edəcək.
Yaz qəbul imtahanlarının isə mayda keçirilməsi nəzərdə tutulub.
Bu gündən AzEdu.az-daabituriyentlərə kömək məqsədilə ixtisas qrupları üzrə mimimal müsabiqə şərtləri ayrı-ayrılıqda dərc ediləcək.
AzEdu.az Dövlət İmtahan Mərkəzinin saytına istinadən II ixtisas qrupu üzrə müsabiqə şərtlərini diqqətə çatdırır:
Müsabiqəyə ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır;
Dövlət ali təhsil müəssisələrinin (“ADA” Universiteti istisna olmaqla) “Beynəlxalq münasibətlər” və “Regionşünaslıq (regionlar üzrə)” ixtisaslarının müsabiqəsinə xarici dil fənni üzrə nisbi balı 30-dan az olmayan abituriyentlərburaxılır;
Dövlətalitəhsilmüəssisələrinin(“ADA”UniversitetivəBakıMühəndislikUniversitetiistisnaolmaqla) tədrisiingilisdilindəolanixtisaslarınınmüsabiqəsinəattestatındaxaricidilfənnikimiingilisdiligöstərilən və qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) ingilis dili fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlərburaxılır;
Aşağıdakı cədvəldə qeyd olunan ixtisaslar və ali təhsil müəssisələri üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan (dövlət sifarişi əsasındaayrılan yerlərüzrəümumibalı200-dənvəimtahanınikincimərhələsiüzrəbalı100-dənazolmayan) abituriyentlərburaxılır:
Marketinq | Gəncə Dövlət Universiteti Lənkəran Dövlət Universiteti Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı Azərbaycan Texnologiya Universiteti Mingəçevir Dövlət Universiteti Azərbaycan Kooperasiya Universiteti Azərbaycan Universiteti Xəzər Universiteti "Odlar Yurdu" Universiteti Bakı Biznes Universiteti Azərbaycan Dövlət Aqrar Universiteti Qərbi Kaspi Universiteti Bakı Avrasiya Universiteti |
Biznesin idarə edilməsi | Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı Gəncə Dövlət Universiteti Azərbaycan Texnologiya Universiteti Mingəçevir Dövlət Universiteti Lənkəran Dövlət Universiteti Azərbaycan Dövlət Aqrar Universiteti Azərbaycan Universiteti "Odlar Yurdu" Universiteti Qərbi Kaspi Universiteti Bakı Biznes Universiteti Xəzər Universiteti Azərbaycan Kooperasiya Universiteti Bakı Avrasiya Universiteti |
Kommersiya | Azərbaycan Texnologiya Universiteti Azərbaycan Universiteti Azərbaycan Kooperasiya Universiteti |
Regionşünaslıq (regionlar üzrə) | Qərbi Kaspi Universiteti Xəzər Universiteti Bakı Avrasiya Universiteti |
Turizm və otelçilik | Naxçıvan Dövlət Universiteti Gəncə Dövlət Universiteti Mingəçevir Dövlət Universiteti Lənkəran Dövlət Universiteti |
| Bakı Dövlət Universitetinin Qazax filialı Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı Azərbaycan Texnologiya Universiteti Azərbaycan Kooperasiya Universiteti Qərbi Kaspi Universiteti Xəzər Universiteti "Odlar Yurdu" Universiteti Naxçıvan Universiteti |
Qeyd edək ki, əvvəlki illərin məzunları üçün I-IV ixtisas qrupları üzrə qəbul imtahanı 28 apreldə, II və III ixtisas qrupları üzrə yaz qəbul imtahanları 19 mayda, II və III ixtisas qrupları üzrə yay qəbul imtahanıları isə 7 iyulda keçiriləcək.