Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-05 12:02:00
GİPA tələbə qəbulu elan etdi    

ABŞ-ın Azərbaycandakı səfirliyi Gürcüstanın İctimai İşlər İnstitutunun (GİPA) Azərbaycan vətəndaşları olan namizədlər arasında Qafqaz Jurnalistika və Media İdarəçiliyi Məktəbinin (QJMİM) jurnalistika və media idarəçiliyi üzrə magistr proqramına tələbə qəbulu aparılmasını elan edib. 

Bu haqda AzEdu.az-a səfirlikdən bildirilib. 

Proqram üzrə dərslər ABŞ, Avropa Birliyi, Gürcüstan və Azərbaycandan olan müəllimlər tərəfindən aparılır. Bu proqram ABŞ-ın Dövlət Departamenti tərəfindən Açıq Cəmiyyət İnstitutunun əlavə yardımı ilə maliyyələşdirilir. Ümumilikdə proqramın məqsədi Qafqazda formalaşmaqda olan demokratik cəmiyyətdə medianın gücləndirilməsidir. 

Azərbaycandan seçiləcək beş nəfər tələbə bu proqramda iştirak üçün seçiləcək. 

Proqram dörd semestr ərzində, sentyabr 2019- may 2021 tədris ilində, Bakıda yerli universitetlərdən birində və Tbilisi şəhərində GİPA-da keçiriləcək. 

Birinci və dördüncü semestrlər Bakıda yerli universitetdə keçiriləcək. Tələbələr 2020-ci ildə, ikinci və üçüncü semstrlərdə Gürcüstanda təhsillərini davam etdirəcəklər. 2021-ci ilin may ayında onlar diplom işlərini müdafiə etmək üçün yenidən məktəbə qayıdacaqlar. GİPA-da təhsil aldıqları zaman tələbələrin kompüter, radio və video avadanlıqlardan, internet və zəngin kitabxanadan istifadə etmək imkanları olacaq. Proqram çərçivəsində tələbələr. 

“Brosse Street Journal” adlanan jurnalın həm çap, həm də internet versiyasını buraxacaq və GİPA FM radiosu vasitəsilə xəbər proqramlarını yayımlayacaqlar. 

Həm çap həm də teleradio yayımı mediası nümayəndələri üçün nəzərdə tutulan tədris planı praktiki yanaşma və tomlanmış təcrübə prinsipləri üzərində qurulub və faktlarla əsaslanan peşəkar xəbər çatdırılmasını nəzərdə tutur. Burada həmçinin idarəçilik üsullarına və iqtisadiyyat və hüquq fənlərinin tədrisinə də diqqət ayrılacaq. 

QJMİM müəllim heyəti və tədris planı mərkəzi USAID tərəfindən maliyələşdirilən dörd illik G-Media layihəsi çərçivəsində İREX Gürcüstan ofisi və ABŞ-ın Cənubi Karolina Universiteti tərəfindən təqdim olunub. 

Dil imtahanından və müsabiqədən keçmək üçün namizədlərdən ingilis dili biliyi tələb olunur. 

ABŞ-ın Bakıdakı səfirliyi tələbələrin Gürcüstanda olan zaman tədris haqlarını və yaşayışlarını maliyyələşdirəcək. 

Qəbul üçün prosedur: ingilis dili imtahanı, inşa (ingilis dilində) və bu ilin avqustunda Azərbaycan-Amerika qəbul komissiyası üzvlərinin Bakıda keçirəcəyi müsahibə. 

Sənədlərin qəbulu üçün son müddət 25 aprel 2019-cı ildir.