Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-05 12:46:15
"İdrak Liseyi"ndə dava, xəsarət alan var  

"İdrak Liseyi"nin IX sinif şagirdi döyülüb. 

AzEdu.az ONA-ya istinadən məlumat verir ki, hadisə təhsil müəssisəsinin dəhlizində qeydə alınıb. Orada təhsil alan IX sinif şagirdi, 2004-cü il təvəllüdlü Qasımov Qalib Rüfət oğlu ilə X sinif şagirdi Nihatın arasında şəxsi münasibətlər zəminində dava düşüb. Nəticədə müxtəlif xəsarətlər alan Q.Qasımov 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib.

Liseydən isə təhsil müəssisəsində kütləvi davanın baş vermədiyi, sadəcə şagirdlər arasında kiçik anlaşılmazlıq yaşandığı bildirilib. 

Faktla bağlı araşdırma aparılır.