Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-05 15:07:41
Bakıda universitet tələbəsini maşın vurub

Paytaxtın Yasamal rayonu, Hüseyn Cavid prospektində yol-nəqliyyat hadisəsi baş verib.

AzEdu.az ONA-ya istinadən məlumat verir ki, “Chrysler” markalı maşın yolun kənarı ilə gedən Azərbaycan Texniki Universitetinin III kurs tələbəsini vurub.

Ağır xəsarətlər alan piyada xəstəxanaya yerləşdirilib. Səhiyyə Nazirliyindən bildirilib ki, xəstə reanimasiyaya yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.