Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-06 11:32:00
Bir sıra müəssisələrin adlarında "sağlamlıq imkanları məhdud" sözlərinin dəyişdirilə bilər

Uşaq hüquqlarının təmin edilməsi və müdafiə olunması Azərbaycanda bu sahədə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.

AzEdu.az-ın məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Heydər Əliyev Mərkəzində keçirilən "Fərqli Fərdlər" 1-ci Xüsusi qayğıya ehtiyacı olan uşaqlar konqresində çıxışı zamanı deyib.

H.Hüseynova bildirib ki, Azərbaycan Prezidenti tərəfindən aparılan uğurlu siyasət nəticəsində bu gün uşaq hüquqları sahəsində əsaslı nailiyyətlər əldə olunub: "Azərbaycanda uşaq hüquqlarının qorunması sahəsində çox güclü qanunvericilik bazası mövcuddur".

 Komitə sədri əlavə edib ki, bu sahədə çox mühüm sənədlərin hazırlanması və qəbul olunması nəzərdə tutulur: "Bu gün Azərbaycanda təhsil, tibb, istirahət və digər xidmətlərin əlçatan olması üçün ciddi islahatlar aparılır. Azərbaycanda dövlət tərəfindən xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün hər cür şərait yaradılıb. Birinci vitse-prezident Mehriban Əliyevanın uşaqların hərtərəfli inkişafı istiqamətində gördüyü çox önəmli və genişmiqyaslı işləri xüsusilə qeyd etmək lazımdır".

H.Hüseynova, həmçinin bir sıra müəssisələrin adlarında "sağlamlıq imkanları məhdud" sözlərinin dəyişdirilməsini təklif edib: "Sağlamlıq imkanları məhdud" sözlərinin yazılması oradakı uşaqların cəmiyyətə inteqrasiyasında müəyyən problem yarada bilər. Bu ad sanki bir damğa təsiri bağışlayır. Belə adlara yenidən baxılması yaxşı olardı". (trend)