Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-06 14:46:00
Məktəbdən ölən şagirdlə bağlı açıqlama -"Çox kədərlənirik..."
 
Aprelin 4-də III mərtəbədən yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri almış VIII sinif şagirdi (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) təəssüflər olsun ki, aprelin 6-da müalicə olunduğu 1 saylı Şəhər Klinik Xəstaxanasında vəfat edib.
 
162 nömrəli tam orta məktəbdən AzEdu.az-a    verilən məlumata əsasən, məktəbin müəllim və şagird kollektivi şagirdin vəfatı ilə bağlı kədərləndiklərini bildirib, dərin hüznlə başsağlığı verib.

Qeyd edək ki, hüquq-mühafizə orqanları tərəfindən məsələ ilə bağlı müvafiq araşdırma aparılır.