Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-10 15:50:00
Nazirlik  şagirdin intiharı ilə bağlı iclas keçirdi - Ceyhun Bayramov qərar verəcək    

Aprelin 10-da Bakı şəhəri 162 nömrəli tam orta məktəbdə 4 aprel 2019-cu il tarixində baş vermiş məlum hadisənin təfərrüatlarının araşdırılması məqsədilə yaradılmış xüsusi komissiyanın üzvləri və Təhsil Nazirliyi Aparatının rəhbər şəxslərinin iştirakı ilə iclas keçirilib. 

Nazirliyin mətbuat xidmətindən AzEdu.az-a bildirilib ki, iclasda komissiya üzvlərinin məlumatları dinlənilib və xidməti araşdırmanın nəticələri qərar qəbul edilmək üçün təhsil nazirinə təqdim edilib.

Xatırladaq ki, aprelin 4-də Bakı Şəhəri üzrə Təhsil İdarəsində 162 nömrəli tam orta məktəbdə baş verən hadisənin xidməti araşdırılması üçün müvafiq komissiya yaradılıb, aprelin 6-da Bakı şəhəri Səbail rayon Prokurorluğunda AR CM-nin 125-ci maddəsi ilə cinayət işi başlanıb.