Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-11 10:25:00
Sumqayıt Dövlət Universitetinin əlaçı tələbələrinə “Bələdiyyə təqaüdü” veriləcək

Sumqayıt Dövlət Universitetində əla qiymətlərlə təhsil alan tələbələrə “Bələdiyyə təqaüdü”  veriləcək.

AzEdu.az ONA-ya istinadən məlumat verir ki, bu barədə Sumqayıt Dövlət Universitetində “Sumqayıtın bu günü və sabahı” mövzusunda keçirilən elmi-praktik konfransda Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov deyib.

Z. Fərəcov məzun tələbələrə isə şəhərdə fəaliyyət göstərən müəssisələrdə işlə təmin olunmaları üçün köməklik ediləcəyini də vurğulayıb.