
2019-04-11 16:25:00
Elmira Süleymanovadan məktəblinin intiharı haqda açıqlama
"Elina Hacıyevanın intiharı ilə bağlı məlum hadisə hər birimizi sarsıtdı. Məlumdur ki, bu hadisə baş verən ilk gündən dövlət qurumları, hüquq-mühafizə orqanları məsələni diqqətdə saxlayaraq ciddi araşdırmalar aparır".
AzEdu.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova (Ombudsman) deyib.
E.Süleymanova Ombudsman haqqında Konstitusiya Qanununa uyğun olaraq, bu hadisəni nəzarətə götürərək tam, hərtərəfli və obyektiv araşdırılması, təqsirkar şəxslərin müəyyən olunması və cəzalandırılması ilə bağlı Baş prokurora müraciət etdiyini bildirib: "İnternet resurslarında və müxtəlif sosial şəbəkələrdə Elinanın ailə üzvlərinin vəziyyəti, əhalinin həssaslığı və xüsusilə uşaqların psixoloji durumu nəzərə alınmadan yayılan təsdiqlənməmiş məlumatlar və mülahizələr çaşqınlığa, psixoloji gərginliyə və hüquq pozuntularına səbəb olub. Odur ki, hər birimiz məsələyə həssaslıqla yanaşmalı, səlahiyyətli dövlət qurumları tərəfindən araşdırmaların nəticələrini və ictimaiyyətə açıqlamalarını gözləməliyik. Bu cür hadisələrin qarşısının alınması və təkrarlanmaması üçün uşaq psixoloqlarının fəaliyyəti artırılmalı, hüquqi maarifləndirmə işi genişləndirilməli və uşaq müdafiə sistemi daha da gücləndirilməlidir". (Report)
Bu bölməyə aid digər xəbərlər
Məktəb direktorunun müsadirə edilmiş əmlakı geri qaytarıldı
2024-09-11 16:40:05
Yol polisindən yeni tədris ili ilə bağlı əhaliyə MÜRACİƏT
2024-09-11 13:26:59
Saatlıda məktəb açılışı olub
2024-09-10 13:22:38
“Maydan sonrakı 2 həftədə məktəblərdə səmərəlilik düşür”
2024-09-10 12:20:16
İşğaldan azad olunmuş ərazilərdə 10 məktəb fəaliyyətə başlayacaq
2024-09-10 11:47:29
Ötən tədris ilində 12 məktəbə direktor təyin olunub
2024-09-10 11:45:07
Mütəxəssis: Məktəb çantasının ağırlığı uşağın çəkisinin 10 faizindən çox olmamalıdır
2024-09-10 11:43:19
Naxçıvan şahmatçıları Bitlisdəki festivalda uğurlu çıxış ediblər
2024-09-09 16:05:06
NİİM yeni tədris ili ilə bağlı müraciət edib
2024-09-09 10:09:00
Ən xoşbəxt uşaqlar bu ölkədə yaşayır
2024-09-08 15:04:35