Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-13 12:44:00
Şifrəsini unudan, əlaqə nömrəsini dəyişən valideyn nə etməlidir? - I sinfə qəbul

I sinfə elektron sistem vasitəsilə şagird qəbulu davam edir.

Sistem istifadəçini addımbaaddım izləsə də, valideynlərdə suallar yaranmaqda davam edir.

AzEdu.az onları ən çox narahat edən, tez-tez verilən sualların cavabını təqdim edir:

Sual:

Qeydiyyatdan keçsəm də, şifrəmi unutmuşam. Şəxsi kabinetimi necə bərpa edim? Telefon nömrəmi dəyişdiyimə görə, şifrəmi yeniləyə də bilmirəm…

Cavab:

Şifrəni unudan valideyn və ya qanuni nümayəndələr üçün heç bir narahatlığa əsas yoxdur. Onlar “şifrəni unutdum” bəndini seçərək şifrəni yeniləyə bilərlər. Bu zaman valideynin qeyd etdiyi əlaqə  vasitəsinə yeni şifrə göndəriləcək. Yeni şifrədən istifadə edərək şəxsi kabinetə daxil olmaq, sistemin izlədiyi ardıcıllığı yerinə yrtirərək istənilən orta ümumtəhsil müəssisəsinə sorğu yerləşdirmək mümkündür.

Valideyn əvvəl qeyd etdiyi əlaqə nömrəsini dəyişibsə, uyğun emaili qeyd edə, şifrəni elektron poçt vasitəsilə əldə edə bilər.

Qeyd edək ki, elektron sistem vasitəsilə qeydiyyatdan keçən valideynlər nəticə bəlli olduqdan sonra elektron ərizəni çap etməli, övladının qəbul olunduğu məktəbə təqdim etməlidir.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları