Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-13 15:51:00
Ali təhsil alanlar daha çox hansı ölkədə yaşayırlar?

Avropa İttifaqı (Aİ) ölkələrində 30-34 yaşlı vətəndaşların 40, 24-54 yaşlıların isə 34 %-i ali təhsillidir.

AzEdu.az xəbər verir ki, bu barədə AzEuroNews.com-a Almaniyada fəaliyyət göstərən “Leqat” inteqrasiya mərkəzindən məlumat daxil olub. Məlumatda deyilir ki, ali təhsillilər daha çox Litva, Kipr və İrlandiyadadırlar.

Litvada 30-34 yaşlı şəxslərin 58, Kiprdə 56, İrlandiyada isə 55 %-i ali təhsillidirlər. Daha az ali təhsilli isə Rumuniya (26%), İtaliya(27%) və Xorvatiyadadır (29%). 

Almaniyada 30-34 əhalinin 34 %-ni  ali təhsillilər təşkil edir. Aİ ölkələrinin göstərilən yaş həddində olan vətəndaşlarının 40 %-i, 55–74 yaş həddində olanların isə 21 %-i ali təhsillidir. Aİ ölkələrində 25-54 yaşlı sakinlərin 20%-inin hətta orta təhsili belə yoxdur.