
2019-04-15 14:08:00
İcra başçısının müavini Elinanın intiharına görə prokurorluğa çağırılıb
162 saylı məktəbin şagirdi Elina Hacıyevanın intiharı ilə bağlı Səbail rayon icra Hakimiyyəti başçısının müavini Xalidə Bayramova Bakı Şəhər Prokurorluğunda ifadə verməsi ilə bağlı xəbərə münasibət bildirib.
AzEdu.az xəbər verir ki, sözügedən məsələ ilə bağlı Unikal.org-a açıqlama verən Səbail rayon icra Hakimiyyəti başçısının müavini Xalidə Bayramova Bakı Şəhər Prokurorluğuna getməsini təsdiqləyib:
"Bəli prokurorluğa getmişəm. Bəzi sənədlər tələb olunurdu. Həmin sənədləri təqdim etmək üçün prokurorluğa getmişəm. Onu qeyd edim ki, sosial şəbəkələrdə yayılan videonu mən çəkməmişəm. Bu barədə prokurorluqda istintaq bitəndən sonra ictimaiyyətə daha geniş açıqlama verəcəm".
Qeyd edək ki, Əməkdar artist Röya Ayxan 162 saylı məktəbdə intihar edən Elina Hacıyeva ilə bağlı paylaşım edib. Müğənni instaqram səhifəsində məktəblinin intihardan sonrakı videosunu yayıb. Röya qeyd edib ki, E. Hacıyeva ilə söhbət edən xanım Səbail rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xalidə Bayramovadır.
Bu bölməyə aid digər xəbərlər
Məktəb direktorunun müsadirə edilmiş əmlakı geri qaytarıldı
2024-09-11 16:40:05
Yol polisindən yeni tədris ili ilə bağlı əhaliyə MÜRACİƏT
2024-09-11 13:26:59
Saatlıda məktəb açılışı olub
2024-09-10 13:22:38
“Maydan sonrakı 2 həftədə məktəblərdə səmərəlilik düşür”
2024-09-10 12:20:16
İşğaldan azad olunmuş ərazilərdə 10 məktəb fəaliyyətə başlayacaq
2024-09-10 11:47:29
Ötən tədris ilində 12 məktəbə direktor təyin olunub
2024-09-10 11:45:07
Mütəxəssis: Məktəb çantasının ağırlığı uşağın çəkisinin 10 faizindən çox olmamalıdır
2024-09-10 11:43:19
Naxçıvan şahmatçıları Bitlisdəki festivalda uğurlu çıxış ediblər
2024-09-09 16:05:06
NİİM yeni tədris ili ilə bağlı müraciət edib
2024-09-09 10:09:00
Ən xoşbəxt uşaqlar bu ölkədə yaşayır
2024-09-08 15:04:35