Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-15 21:36:00
Prorektorlar işdən çıxarılmayıb - Universitet aydınlıq gətirdi

Bakı Dövlət Universitetinin (BDU) Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Sani Hacıyevin və İqtisadi və təsərrüfat işləri üzrə prorektoru Nəbi Ramazanlının vəzifələrindən azad edlməsi ilə bağlı bəzi KIV-lərdə yer alan məlumatlar yayılan məlumatlar həqiqəti əks etdirmir.

Bunu AzEdu.az-a açıqlamasında BDU-nun mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova deyib. 

“Adları çəkilən prorektorların vəzifədən azad edilməsi xəbəri həqiqəti əks etdirmir və onlar iş başındadırlar”, - deyə o, bildirib. 

Qeyd edək ki, aprelin 15-də bəzi KİV-lərdə Bakı Dövlət Universitetinin yeni rektoru Elçin Babayevin rəhbərlik etdiyi ali təhsil müəssisəsində kadr islahatlarına başladığı və sözügedən rektorları vəzifələrindən azad etdiyi haqda məlumat yayılmışdır.