Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-16 09:37:00
Məryəm Ana katedralındakı qədim dini əsərlər yanğından mühafizə edilib  

Parisdəki müqəddəs Məryəm Ana katedralında yerli vaxtla saat 19:00–da başlayan yanğın hələ də söndürülməyib.

AzEdu.az xəbər verir ki, yanğın nəticəsində katedralın ən hündür şpili və tavanı çöküb. Təmir üçün katedralın damına yığılmış taxtalardan başlayan yanğın bir anda bütün damı bürüyüb.

Katedralda saxlanılan qədim dini sənət əsərləri yanğından mühafizə edilib. Ümumilikdə, katedralın strukturunun qorunub saxlanıldığı bildirilir.(AZƏRTAC )