Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-16 13:58:00
“Sağlam məktəbli” layihəsi davam edir  

Qida Təhlükəsizliyi Agentliyi “Sağlam məktəbli” layihəsi çərçivəsində keçirdiyi növbəti görüşlər Tərtər rayonundakı 6, Şirvan şəhərindəki 16 nömrəli tam orta məktəblərin və Hacıqabul rayon 8 nömrəli humanitar fənlər təmayüllü məktəb-liseyin şagirdləri ilə olub.

Agentliyin informasiya təminatı və innovativ həllər şöbəsindən  AzEdu.az-a verilən məlumata görə, görüş zamanı şagirdlərə layihə haqqında ətraflı məlumat verilib, onlara müxtəlif maarifləndirici videoçarxlar təqdim edilib.

Agentliyin regional bölmələrinin əməkdaşları tərəfindən məktəblilərə qida təhlükəsizliyinə dair ilkin vərdişlər, qablaşdırma məhsullarının qidaya təsiri, fastfudun zərərləri, süd və süd məhsullarının faydası barədə ətraflı məlumat verilib, şagirdlər arasında müxtəlif intellektual oyunlar keçirilib.

Görüş zamanı məktəbliləri maraqlandıran suallar cavablandırılıb, onların “Təhlükəsiz qida uşaqların gözü ilə” rəsm müsabiqəsisində iştirak etməyi tövsiyə olunub.