
Təhsil Nazirliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə aprelin 8-dən etibarən “Yaşıl məktəb” aksiyasına start verib. Aksiya çərçivəsində ölkənin regionlarında yerləşən bütün ümumtəhsil, ali və orta ixtisas, peşə məktəbləri və məktəbdənkənar təhsil müəssisələrinin ərazilərində yaşıllaşdırma işləri aparılır.
“Yaşıl məktəb” aksiyasının məqsədi ətraf mühitin qorunması, şagird və tələbələrdə təbiətə qayğı hissini və ekoloji mədəniyyəti inkişaf etdirmək, onların sağlamlığının qayğısına qalmaqdır.
AzEdu.az xəbər verir ki, Lənkəran məktəbləri də “Yaşıl məktəb” aksiyasına qoşulub. Belə ki, bu gün rayonun Gəgiran kənd tam orta məktəbin həyətyanı ərazisində təmizlik və ağacəkmə işi aparılıb. Aksiyada məktəbin direktoru, müəllimlər, yuxarı sinif şagirdləri və texniki işçilər iştirak ediblər.