
Azərbaycan İlahiyyat İnstitutunda təhsil alan tələbələrin əksəriyyəti vahid geyimlə təmin olunub və hazırda bu proses davam edir.
Bu barədə Aİİ-nin mətbuat xidmətindən AzEdu.az-a bildiriblər.
Məlumatda qeyd olunur ki, Azərbaycan İlahiyyat İnstitutu Nizamnaməsinin 3.6 bəndinə uyğun olaraq, burada təhsil alan tələbələrin xüsusi geyim forması ilə təmin edilməsi nəzərdə tutulub. Nizamnamənin bu bəndinə əsasən, ali təhsil müəssisəsində vahid geyim forması müəyyənləşdirilib.
Artıq tələbələrin böyük əksəriyyəti geyimlə təmin olunub və hazırda bu proses davam edir.
Ali təhsil müəssisəsinin məlumatına görə, dünyanın əksər ölkələrindəbu təcrübə mövcuddur və ali dini təhsil müəssisələrinin bir çoxunda vahid geyim forması tətbiq olunur.
Qeyd edək ki, hicablı xanımlar üçün nəzərdə tutulan formalar da qısa zamanda tələbələrə təqdim olunacaq.