
2019-04-20 13:56:00
"Sabah Yasin universiteti bitirdikdən sonra işdə onun başına , saxta diplomlu bir müdir keçəcəksə..."- Şahlar Əsgərov
Xəbər verdiyimiz kimi 17 yaşlı azərbaycanlı şagird Yasin Quliyevin Sabancı Universitetindən 56 min dollarlıq burs qazanması sosial şəbəkədə maraqla qarşılanıb.
Turkustan.info bildirir ki, məsələylə bağlı moderator.az-a danışan professor Şahlar Əsgərov bildirdi ki, bu gün Yasin kimi istedadlı gənclərimiz çoxdur və biz onlara şərait yaratmalıyıq ki, bu cür naliyyyətlər əldə etsinlər:
“Bildiyiniz kimi Kür çayı Azərbaycanı yarı bölür. Əgər biz o çaydan su götürüb quraq torpaqlara verməsək, ordan kənd təsərrüfatı məhsulları əldə edə bilmərik. Deməli, çaydan su götürüb torpağa vermək lazımdır. Bu gün Yasin Quliyev kimi gənclərimiz bizdə çay kimi axır, amma onları götürüb yerinə qoymalıyıq. Nobel ödülünü almaq üçün orta məktəbi bitirmək kifayət etmir, buna dövlət şərait yaratmalıdır. Ona görə də biz universitetlərimizi gücləndirməliyik. 2011-ci ildə bir kitabım çapdan çıxdı və orda yazmışdım ki, Türkiyənin 2 universiteti dünyanın 200 tanınmış universiteti siyahısındadır. Lakin Rusiyanın universitetlərindən biri də o siyahıya düşməyib. Dünən oxuyub görürəm ki, artıq Rusiya universitetlərinin 4-ü həmin siyahıya düşüb. Deməli, Rusiya dövləti öz universitetlərinə kömək edə bildi.
Bizim qüsurumuz odur ki, universitetə yox, rektora kömək edirik. Rektor doğulub öləcək, amma universitet necə yaranıbsa, elə də yerində qalır. Ona görə də universitetlərə kömək lazımdır, fərdlərə yox. İndi Yasin Quliyev özünün etməli olduğunu etdi və qaldı ki, ətraf da üzərinə düşəni etsin. Sabah o, universiteti bitirdikdən sonra işdə onun başına hansısa gerizəkalı, saxta diplomlu bir müdiri qoyacağıqsa, o, uşaq əziyyət çəkəcək. Dünyada universitet rektorları 5 ildən bir dəyişir, amma bizdə isə 30 il olur. Bu, belə olmaz axı. Bu gün bizim təhsilimizin problemləri çoxdur”.
Bu bölməyə aid digər xəbərlər
Ali təhsili daha çox tədqiqata uyğunlaşdırmaq lazımdır
2024-03-02 11:57:00
Suraxanıda gənc qızı avtomobil vurub
2024-01-05 09:20:00
BMU-da yeni layihəyə start verilib
2023-12-28 15:22:22
Nazir rektorlarla görüşdü, tapşırıqlar verdi
2023-12-28 11:47:58
Tam orta təhsilli gizir və miçmanlara “Kiçik leytenant” rütbəsi veriləcək
2023-12-14 12:36:45
Növbəti tədris ilində 800-1000 tələbə Qarabağ Universitetində təhsil alacaq
2023-11-30 16:23:01
Azərbaycanlı tələbə ABŞ-də faciəvi şəkildə öldü
2023-10-22 14:42:11
Pedaqoji işçilərin 87,5 faizi ali, 9,8 faizi orta ixtisas, 2,7 faizi tam orta təhsillidir
2023-10-18 17:49:24
Təhsil müəssisələrində Müstəqilliyin Bərpası Günü qeyd olunub
2023-10-18 16:16:00
Kenquru müsabiqəsi qaliblərinin mükafatlandırılma mərasimi olacaq
2023-10-17 17:33:41