Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-23 00:32:00
Şagird dərmandan zəhərlənib öldü

Yevlax rayonunda 14 yaşlı qız kimyəvi maddədən zəhərlənərək ölüb.

AzEdu.az “Report"a istinadən xəbər verir ki, rayonun 2005-ci il təvəllüdlü Hacimahmudlu kənd sakini İsmayılova Ziyafət Elnur qızı yaşadığı evdə ev quşları üçün nəzərdə tutulan dərmanı duz əvəzi yumurtanın üstünə səpərək yeyib.

Nəticədə zəhərlənən yeniyetmə xəstəxanaya aparılarkən, yolda dünyasını dəyişib.