Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-23 14:41:00
Təhsil naziri jurnalistlərlə görüşdü - FOTO     

Aprelin 22-də bir qrup jurnalist təhsil naziri Ceyhun Bayramovla görüşüb.

AzEdu.az xəbər verir ki, bu barədə jurnalist İlhamiyyə Rza məlumat verib.

Jurnalist bildirib ki, dünən ictimai rəyə təsir edə bilən bəzi həmkarlarımla bərabər təhsil naziri Ceyhun Bayramovla görüşümüz oldu:

"Təhsil ən ağrılı yerimizdir. Nazirin səbrinə, hövsələsinə həsəd apardım. Bir neçə saat ərzində nə qədər ağrılı problemlər səsləndirdik. Hamısına səbrlə qulaq asdı, qeydlər apardı və sonda bir bir cavablandırdı. Şəxsən mən kifayət qədər qənaətbəxş cavablar aldım. Həmkarlarma da təşəkkür edirəm, zənnimcə, birlikdə təhsillə bağlı ən aktual və ağrılı problemlərə toxuna bildik. Qəldiyim qənaəti qısaca belə ifadə edə bilərəm. Təhsil sahəsində görüləcək işlər biz bildiyimizdən daha çoxdur. Amma bütün problemlər mütləq həll olunacaq. Çünki şturval bacarıqlı və ən əsası vicdanlı insanlardadır. Uğurlar diləyirəm.

P.S. Doğrusu ilk dəfədir belə nazir görürəm. Səviyyəli, kompetent, vicdanlı. Az qala 4 saat davam edən görüşdə məhz belə təəssürat yaratdı."