Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-25 12:30:00
Rezidentlərin nəzərinə: Bu şərti ödəyənlər təhsil haqqından azaddırlar

Azərbaycan ali təhsil müəssisələrində təhsil dövlət sifarişli və ödənişli əsaslarla mümkündür. Bir neçə universitet isə yüksək ödəniş tələb etməsi ilə fərqlənir. Onlardan biri də Azərbaycan Tibb  Universitetidir. Burada bakalavr təhsili üçün tələb olunan məbləğ 4000 manatdır.

Amma rezidentura təhsili 2018-2019-cu tədris ilinə qədər tamamilə dövlət sifarişi əsasında həyata keçirilirdi. Artıq rezidenturaya qəbul imtahanı verən bakalavr da ödənişli təhsil imkanlarından yararlana bilir. Amma bəzi rezidentlər ödənişli əsaslarla qəbul olunmalarına baxmayaraq, təhsilhaqqından azad edilirlər.

AzEdu.az xəbər verir ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər rezidenturaya  yalnız ödənişli əsaslarla qəbul oluna bilərlər. Bu barədə məlumatlar “Rezidentura təhsilinin məzmunu və təşkili” qaydalarında da əksini tapıb.

Qayadalara görə, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş şəxslər rezidenturanı ödənişli oxuduqları müddətdə təhsil haqqından azad edilirlər. Çünki dövlət, bələdiyyə və özəl ali təhsil müəssisələrində rezidenturada ödənişli əsaslarla təhsil aldıqları müddətdə onların təhsil haqqı dövlət büdcəsi hesabına ödənilir.

Qeyd edək ki, rezidenturada təhsil əyani formada həyata keçirilir. Rezidenturada hazırlıq keçən şəxslərlə klinik baza tərəfindən hər təhsil ili müddətinə əmək müqaviləsi bağlanılır.

 

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları