Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-25 14:50:00
“Bu mövzunu keçəndə şagirdlər çox pis oldular, soruşdular ki...” - Dərsliklərdəki “tarixi” problem  

“1804-cü ilin martında carlılar müqavimət göstərmiş adamların əfv olunması barədə xahişlə Sisianova müraciət etdilər. Sisianovcarlıların xahişini rədd etdi və onlara məktubunda yazdı: “...İstəyirsiniz ki,sizə inanım və əfv edim. Gözləyin, gəlirəm, orada sizin bütün evləriniziyandıracağam. Sizi yandıracaq, uşaqlarınızın və arvadlarınızın içalatını dartıb-çıxaracağam...”

Aqressiya və şiddət daşıyan bu sözlər VIII sinif Azərbaycan tarixi dərsliyindəndir.

Tarixi faktları saxtalaşdırmadan olduğu kimi təqdim etmək, eləcə də, şagirdlərin psixologiyasına zərər verməmək bu dərsliklərinin yazılması zamanı nəzərə alınan əsas məqamlardandır.

Bəs, bu qaydalara riayət edib, maraqlı bir dərslik ərsəyə gətirmək üçün nə etmək lazımdır?

Çoxları bu yaş dövründə olan şagirdlərin psixologiyasını nəzərə alaraq, dərsliklərdən bu tip materialların yığışdırılmasını istəyirlər.

“Şagirddə dərsə nifrət yaranır”

Hacıqabul rayonu Kolanı kənd tam orta məktəbinin Tarix müəllimi Müşfiq Nağıyev də belə düşünür:

“Mövzunu keçəndə şagirdlərin üz cizgilərinə diqqət edirdim. Simaları pis  ifadə almışdı. Deyirdilər, “müəllim, bu, nədir? Həqiqətənmi belə olub?” Çox qəribə reaksiya verdilər. 5-6 il əvvəl Tarix dərsliklərindəqılınclı döyüşçülər, İngiltərə krallarının edam səhnəsi var idi. Uşaqların yaş xüsusiyyətlərini nəzərə alıb, həmin şəkilləri kitabdan çıxardılar. Amma təəssüf ki, beləcümlələr hələ də dərsliklərdə yer almaqdadır. Hətta bəzi kitablarda kütləvi güllələnmə, soyqırımı qurbanlarının dəhşətli fotoları verilir”.

Onun fikrincə, orta məktəb dərsliklərində bu qədər ağır mənbələrə istinad edilməsi, belə məlumatların salınmasına ehtiyac yoxdur:

“Onsuz da şagirdlər bu mənbələri tələbəlik illərində oxumalıolacaqlar. Onların yaşını, qorxu hissini nəzərə almaq lazımdır. Bu yaşda belə materiallar oxuyan şagirddə dərsə nifrət yaranır. Belə cümlələr onlarda intiqam, onu necə almaq hissini formalaşdırır. Gələcək nəticələri isə çox pis ola bilər.

Bu tip məlumatlar V sinif şagirdinin psixologiyasına xüsusi ziyan vura bilər. Uşaqdır, meyitə baxıb qorxur. Deyir, “müəllim, həqiqətən insan öləndə bu günə qalır?” IX, X, XI sinifləri yenə başa düşmək olar. Amma aşağı sinif şagirdlərinin belə dəhşətli cümlələri oxumasına imkan verməyək”.

“Yaş kateqoriyaları nəzərə alınmalıdır”

Həbib Əlizadə isə Astara rayonu Qapıçıməhəllə kənd orta məktəbində Tarix fənnini tədris edir. Dərsliklərin belə olmasında hər hansı ciddi problem olmadığını düşünür:

“Sadəcə, məktəblilərin yaş kateqoriyaları nəzərə alınmalıdır. Bu məlumatlar yaş xüsusiyyətlərinə görə psixoloji cəhətdən uyğun şagirdlərin siniflərinə salınmalıdır. Məsələn, yaşı 12-dən yuxarı olan şagirdlərin dərsliklərinə salına bilər.

Açığı, Tarix dərsliklərində hər hansı problemli məqamla rastlaşmamışam. Heç şagirdlərim də bununla bağlı ciddi narahatlıq duymayıblar”.

“Dərsliklərdəki məlumatlar üst-üstə düşmür”

Onun sözlərinə görə, Tarix dərsliklərindəki əsas problem faktlarla bağlıdır:

“Bəzən müxtəlif  illərdə nəşr edilən dərsliklərdəki məlumatlar üst-üstə düşmür, bir-birini təkzib edir. Ümumi tarixdə həddindən artıq xüsusi ad və faktlar yazılır. Bu isə şagird üçün çox yorucu olur. Fənni onun üçün maraqsız hala gətirir”.

“Şagird bu şiddəti öz yaxınlarına tətbiq edə bilər”

Psixoloq Roza Kazımlı isə yeniyetməlik dövründə dərsliklərdə bu tip nüanslara yer verilməsini doğru hesab etmir. Bu fikriniyeniyetmələrin intihara xüsusiləmeyilli olması ilə əsaslandırır:

“Onlar çox gərgin və aqressiv dönəmdədirlər. Buradan öz paylarını götürə bilərlər. Əksər uşaqlarda aqressiya özünü şiddət kimi büruzə verir. Bu şiddəti öz yaxınlarına da tətbiq edə bilərlər.

Əlbəttə,  psixologiyası yerində olan şagird o qədər də dərinə getmədən oxuduğunun  Tarix olduğunu dərk edir. Amma psixoloji zəif məktəblilərdə bu özünü digərlərinə münasibət kimi büruzə verməyə başlayır.  Gələcəkdə öz düşmənlərinə qarşı aqressiya ilə silahlanırlar. Psixoloji durumu qaydasında olmayan şagird bunu çox kobud şəkildə büruzə verir. Tarixi bilmək lazımdır, amma bu şəkildə yox. Dərslikdə edam şəkli verilə bilməz. Çünki psixoloji durumlar fərqlidir. Bu, gələcəkdə uşağın peşə seçiminə də təsir edəcək. Çünki yeniyetmə həmin vaxt emosional davranır. Zaman keçdikcə ağılla hərəkət edir, emosiyalara qapılmır. Baxın onda seçdiyi peşəni həqiqətən dərk edir”.

“Dərsliklərində azyaşlı üçün çox aqressiv nağıllar yer alır”

Psixoloq hesab edir ki, islahatlar öncə ibtidai sinif kitablarındanbaşlamalıdır:

“İbtidai sinif dərsliklərində azyaşlı üçün çox aqressiv nağıllar yer alır. Hətta bəzi nağıllarda məntiqi əlaqə yox dərəcəsindədir.Əlaqəsiz mətnlər, uşağa heç nə öyrətməyən hekayələr yazılıb. Baxıb görürəm ki, o, buradan yalnız aqressiya öyrənə bilər. Bunları oxuyan uşaqlar məntiqi düşünə bilmirlər. Onlar gələcəkdə çətin vəziyyətə düşəndə diqqətlərini toplayıb qərar verə biləcəklər. Çünki beyinləri əlaqəsiz mətnlərlə doldurulub.

İndi ölüm halları da  artıb. İnsanlar bir-birilərini rahat şəkildə bıçaqlayır, baş kəsirlər. Yəni, uşaqlar onsuz da hər gün bu aqressiyanıniçindədirlər. Biz də bir tərəfdən üstlərinə gəlməyək.

Yadımdadır, dərslikdə Kirlə Tomirisin hekayəsi verilmişdi. Orada baş kəsilməsindən necə qürurla danışır, özü də bunu mərdlik kimi qələmə verirdilər. Bu hərəkəti edəni güclü qadın kimi təbliğ etmək də insanlıq baxımından yolverilməzdir. Bir dərslik şagirdi aqressiya yönəltməməlidir. Aqressiv məlumatlar, döyüşlər səthi əks olunmalıdır. Bəzən,cümlələri də düzgün tərcümə etmir, sözləri çox kəskin ifadələrlə əvəz edirlər. Bunları oxuyan azyaşlı gələcəkdə ətrafındakılara qarşı fikirlərini də o cür planlayacaq”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları