
Bakı şəhəri, Binəqədi rayonu 182 saylı məktəbdə şagirdlərdə vətənpərvərlik ruhunun aşılanması məqsədilə maraqlı addım atılıb.
AzEdu.az xəbər verir ki, bu barədə Mübarizim.az-a məktəbin müəllimi Raziyyə Şükürova məlumat verib.
O, bildirib ki, Təhsil Nazirliyinin müvafiq tədbirlər planına uyğun olaraq şagirdlərdə vətənə məhəbbət, milli-mənəvi dəyərlər ruhunun artırılması məqsədilə fərqlənən nümunəvi siniflərə şəhid və Milli Qəhrəmanların adı verilib.
Məktəbin 9q sinfinə Aprel döyüşlərinin şəhidi Emin Bağırovun, 7 l sinfinə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun, 9 b sinfinə isə Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin adı verilib.
Qeyd edək ki, 182 saylı orta məktəbdə şagirdlərin vətənpərvərlik ruhunun yüksəldilməsi istiqamətində məktəbin direktoru Zinyət Tağıyevanın təşəbbüsü ilə müxtəlif tədbir və aksiyalar həyata keçirilir.