Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-26 00:28:00
Dərmandan zəhərlənən tələbənin vəziyyəti ağırdır

"BDU-nun dərmandan zəhərlənən tələbəsinin vəziyyəti orta-ağırdır".

AzEdu.az xəbər verir ki, bunu "Report"a açıqlamasında 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.

O bildirib ki, tələbə dərman qəbul edəndən sonra zəhərlənib və qəfildən halı pisləşib: "Təcili tibbi yardımın köməkliyi ilə günorta saatlarında bizim şöbəyə gətirilib. Hazırda onun müalicəsi davam etdirilir. Amma səhhəti orta-ağır olaraq qalır".

Qeyd edək ki, Bakı Dövlət Universitetinin  tələbəsi 1998-ci il təvəllüdlü Səidə Nərimanovanın dərs zamanı vəziyyəti pisləşib. O, təcili tibbi yardım avtomobili ilə 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə aparılıb. Müayinə zamanı onun dərmandan zəhərləndiyi məlum olub.