Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-26 12:33:00
Türkiyəli pedaqoqlar məcburi köçkün məktəbini ziyarət etdilər - FOTOLAR

Aprelin 25-də türkiyəli pedaqoqlar Ağcabədidə yerləşən laçınlı məcburi köçkünlərin məskunlaşdıqları kənd məktəbini ziyarət ediblər.

AzEdu.az xəbər verir ki, İstanbul Anadolu liseyinin, Ankarada yerləşən Məhəmməd Əmin Rəsulzadə liseyinin və Bakı Anadolu Türk liseyinin bir qrup müəllim və şagird heyəti Ağcabədidə yerləşən Vağazin kənd 1 saylı tam orta məktəbinə baş çəkiblər. 

Ziyarət çərçivəsində qonaqlar şagirdlərə gündəlik geyim yardımları, məktəb ləvazimatları hədiyyə edərək onları sevindiriblər.

Görüş zamanı kurikulumunməktəblərarası əməkdaşlıq prinsipinə uyğun olaraq təhsil haqqında söhbət edib, keçirilən dərslər barədə müzakirələr aparılıb. 

Laçın rayon Taxtakörpü qəsəbə tam ortaməktəbinin ingilis dili müəllimi Şəbnəm Cəbrayıl görüş barədə düşüncələrini bölüşüb: 

“Olduqca sevincli bir gün yaşadım: qardaşlığın, mehribanlığın və insanlığın mükəmməl qarışımını gördüm.Əziz dostum və qardaşım HayriAtaş bəy bir gün mənə şagirdlərimi ziyarət etmək istədiklərini söyləyəndəheç düşünmədən ona 5 il çalışdığım, pedaqoji staja ilk dəfə başladığım, mənə ilk "müəllim"sözünün deyildiyi Vağazin kənd 1 saylı orta məktəbi məsləhət gördüm.

Qonaqlar şagirdlər və biz müəllimlərə qocaman sevgi, qardaşlıq bəxş etdilər. Qardaş Türkiyə Cümhuriyyətinin daima yanımızda olduğunu xatırlatdılar.

Hətta onlar bizdən ayrılarkən ağlayan balalarımız da çox oldu.İnşallah bir daha görüşmək diləyi ilə, Hayri bəyə, Murad bəyə, Mustafa bəyə, Necati bəyə, Hülya xanıma və əməyi keçən hər kəsə, Laçın Rayon Təhsil Şöbəsinə dərin təşəkkürümü bildirirəm!”