Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-27 10:27:08
Bakı Dövlət Universitetində “EnterpriseAzerbaijan” portalının startap təlimi keçirilib

Bakı Dövlət Universitetində (BDU) İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) və Vergilər Nazirliyinin birgə layihəsi çərçivəsində “EnterpriseAzerbaijan.com” portalının nümayəndələri “Startupa necə başlamalı? İqtisadi, hüquqi və təşkilati əsaslar” mövzusunda təlim keçiblər.

AzEdu.az xəbər verir ki, BDU-dan bildirilib ki, elm və innovasiyalar üzrə prorektor Aydın Kazımzadə tələbələri bu layihədə fəal olmağa səsləyib, onları layihənin iqtisadi yöndə sərgilədiyi imkanlardan düzgün yararlanmağa dəvət edib.

Vergilər Nazirliyinin nümayəndəsi Hacı Qasımov çıxışında 2019-cu ildən vergi sistemindəki yeniliklər, cari ildən vergi məcəlləsinə edilən güzəştlər və əlavələr barədə dinləyiciləri məlumatlandırıb. O, mikrosahibkarlıq, o cümlədən biznesə başlamaq istəyən startapçılar üçün yaradılan imkanlardan söz açıb.

Təlimdə iştirak edən İİTKM-in nümayəndəsi Oruc Dursunzadə “British Council”ın “Kreativ qığılcım” layihəsinin məqsədi, tərəfdaşları, o cümlədən bu istiqamətdə görülən işlər barədə məlumat verib.

“Azexport.az”in rəhbəri Zaur Qardaşov portalın əməkdaşlıq etdiyi Beynəlxalq Ticarət Mərkəzinin “Amazonla qazan” layihəsindən danışıb. Bildirib ki, layihə çərçivəsində seçilmiş startapçılar “enterpriseazerbaijan.com” portalının inkubasiya mərkəzindən yararlana bilərlər.

Sonra iştirakçıları maraqlandıran suallar cavablandırılıb.