Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-30 10:30:00
Sabahdan məktəblərdə əlavə yaz tətili başlayır  

Mayın 1-dən Azərbaycanın ümumtəhsil məktəblərində ibtidai siniflər üçün beş günlük əlavə yaz tətili başlayır.

AzEdu.az xəbər verir ki, yaz tətili günləri 1-5 may tarixlərini əhatə edəcək.

Qeyd edək ki, ümumtəhsil məktəblərinin 2018-2019-ci dərs ilinə aid tədris planlarına əsasən, ümumtəhsil məktəbində dərs məşğələləri sentyabrın 15-də başlayıb, iyunun 14-də başa çatacaq. Dərs ili iki yarımilə bölünüb: birinci yarımil — 15 sentyabr-26 yanvar; ikinci yarımil — 1 fevral-14 iyun.

Dərs ili ərzində aşağıdakı tətillər müəyyən edilib: beş gün payız tətili (16-20 noyabr); beş gün qış tətili (27-31 yanvar). İbtidai siniflər üçün beş günlük əlavə yaz tətili (1-5 may) müəyyənləşib.