Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-30 20:30:00
Gənc alimlər Fizika institutunda

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadənin müvafiq sərəncamına əsasən keçirilən “Gənc qadınlar elmdə” müsabiqəsinin qalibləri AMEA-nın Fizika İnstitutunda məruzə ilə çıxış ediblər. İnstitutdan AzEdu.az-a verilən məlumata görə, tədbirin keçirilməsində məqsəd qaliblərin elmi fəaliyyəti ilə gənc alimləri tanış etməkdir.

 

Fizika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru Ülkər Səmədova çıxış edərək deyib ki, müsabiqənin nəticələrinə görə AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının böyük elmi işçisi, astronomiya üzrə fəlsəfə doktoru Hamayıl Adıgözəlzadə birinci yerə, Riyaziyyat və Mexanika İnstitutunun laboratoriya rəhbəri, riyaziyyat üzrə fəlsəfə doktoru Səbinə Sadıqova isə ikinci yerə layiq görülüb.

 

Sonra H.Adıgözəlzadənin “Cavan ulduzlarda spektral dəyişikliklər” və S.Sadıqovanın “Riyaziyyatın bəzi müasir tətbiq sahələri” mövzularında məruzələri dinlənilib.