
25 il bundan əvvəl mənzil növbəsinə yazılan 100-dən artıq alim ailələrinin 80-i artıq mənzillə təmin olunub.
AzEdu.az xəbər verir ki, bunu bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) illik ümumi yığıncağında, akademik Akif Əlizadə deyib.
Onun sözlərinə görə, hazırda Abşeron rayonunun Saray qəsəbəsində tikilən "elm şəhərçiyində"də mənzillərin alınması üçün 800 alim növbəyə yazılıb. Mənzillərin kvadrat metri 450 manatdan hesablanır.
A.Əlizadə əlavə edib ki, növbəyə yazılan alimlərin 150-si artıq pulunu ödəyib:
"Əvvəlki illərdə növbədə duranlarla bağlı hərc-mərclik var idi. 2010-2011-ci illərdə Akademiyaya aid olmayan, çalışmayan insanlar mənzil növbəsinə yazılmışdı. Onlardan qurtulmaq üçün bizim səylərimiz lazım idi. Bu günə qədər də o istiqamətdə addımlayırıq".