Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-01 11:10:00
AMEA prezidenti və vitse-prezidentlərinin ezamiyyə xərcləri artırılır

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti və vitse-prezidentlərinin ezamiyyə xərclərinin bir günlük normalarına əlavələr edilir.

AzEdu.az-ın məlumatına görə, bununla əlaqədar Nazirlər Kabineti "Xarici ölkələrə ezamiyyətləri ilə əlaqədar ezamiyyə xərclərinin 1 günlük normasına əlavələr və həmin əlavələrin tətbiq olunduğu rəhbər işçilərin kateqoriyası”nın cədvəlinə əlavələr edilib.

Bu əlavələrə əsasən, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti və vitse-prezidentləri vəzifələri "Xarici ölkələrə ezamiyyətləri ilə əlaqədar ezamiyyə xərclərinin 1 günlük normasına əlavələr və həmin əlavələrin tətbiq olunduğu rəhbər işçilərin kateqoriyası”nın cədvəlinə əlavə edilib.

AMEA prezidenti üçün xarici ölkələrə ezamiyyətləri ilə əlaqədar ezamiyyə xərclərinin 1 günlük normasına 50 faiz həcmində, vitse-prezidentləri üçün 30 faiz həcmində əlavələr müəyyən edilib.