Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-01 14:36:41
DİM-də Apellyasiya Komissiyası işə başladı – Şikayətlər dinlənəcək

Bu gün Dövlət İmtahan Mərkəzində Apelyasiya Komissiyası öz işinə başlayıb.

Bu barədə DİM-dən AzEdu.az-a bildiriblər.

Məlumatda deyilir ki, martda keçirilən buraxılış imtahanlarının nəticələri ilə bağlı müraciətlərə baxılması üçün 1-3 və 6-7 may, saat 10:00-dan 17:00-dək Apelyasiya Komissiyası fəaliyyət göstərəcək.

Komissiya işlərini yekunlaşdırdıqdan sonra nəticələr barədə rəsmi məlumat veriləcək.

Xatırladaq ki, Apelyasiya Komissiyasında şagirdin iştirakı (şəxsiyyət vəsiqəsini təqdim etməklə) vacibdir. Şagirdlə yanaşı valideynlərindən biri şəxsiyyət vəsiqəsini təqdim etməklə Apelyasiya Komissiyasının iclasında iştirak edə bilər.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları