Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-03 09:15:00
ABŞ-da məktəbi partlatmaq istəyən 3 yeniyetmə saxlanılıb

ABŞ-ın Nyu York ştatında 3 yeniyetmə oxuduqları məktəbdə partlayış planlaşdırmaqda ittiham edilirlər.

AzEdu.az xəbər verir ki, Trend-in "ABC7" telekanalına istinadən verdiyi məlumata görə, hüquq-mühafizə orqanları Lonq-Aylend adasında yerləşən təhsil müəssisəsinə gəliblər və məktəblilər onlara avtobusda 3 nəfər 16 yaşlı məktəblinin partlayıcı qurğu barədə danışdıqlarını bildiriblər.

Hüquq-mühafizə orqanlarının əməkdaşları dərhal sözügedən 3 nəfəri saxlayıblar.

 Bildirilir ki, məktəblilərin evlərinə baxış keçirilərkən orada partlayıcı qurğunun hazırlanması haqqında kitab aşkar ediblər.