Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-04 13:58:00
Dövlət İmtahan Mərkəzində SAT imtahanları keçirilib

Dövlət İmtahan Mərkəzində (DİM) mayın 4-də növbəti SAT imtahanları (SAT and SAT Subject) keçirilib.

DİM-dən  AzEdu.az-a bildirilib ki, imtahanda qeydiyyatdan keçən 48 nəfərdən 47-si iştirak edib. İmtahanların gedişi zamanı iştirakçılara bilik və bacarıqlarını nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

SAT imtahanlarının nəticəsinin mayın 17-də elan olunması gözlənilir. Nəticələri https://sat.collegeboard.org/scores linkində öyrənmək mümkün olacaq.

Qeyd edək ki, növbəti SAT imtahanının iyunun 1-də keçirilməsi nəzərdə tutulur.

Qeydiyyatdan keçmək qaydaları ilə //dim.gov.az/activities/exams/sat/  linkində tanış olmaq mümkündür.