Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-06 10:13:00
Salyanda məktəbliləri aparan mikroavtobus aşdı - Ölən və yaralananlar var  

Səhiyyə Nazirliyi Salyanda mikroavtobusun qəzaya düşməsi ilə bağlı məlumat yayıb. 

Nazirlikdən  AzEdu.az-a verilən məlumata görə, 1 uşaq aldığı xəsarətlərdən yerindəcə dünyasını dəyişib.

Biri sürücü olmaqla 7 nəfər müxtəlif xəsarətlərlə Salyan Mərkəzi Rayon xəstəxanasına yerləşdirilib. Onlardan 6-sının vəziyyəti normal, birinin vəziyyəti isə ağır stabil qiymətləndirilir.

Qeyd edək ki, hadisə bu gün səhər saatlarında Ələt-Astara magistral yolunun Salyan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. “Vita” markalı avtobus idarəetməni itirərək yoldan çıxıb və aşıb.