
“Türk Telekom” şirkəti görmə məhdudiyyətli uşaqların təhsil almasını asanlaşdırmaq məqsədilə “Məktəbdə gün işığı” layihəsini həyata keçirib.
AzEDU.az türk mediasına istinadən xəbər verir ki, layihə çərçivəsində yalnız görmə məhdudiyyətli şagirdlərə dərslər verilmir, həm də müəllimlər bununla bağlı məlumatlandırılırlar. İki il davam edəcək layihə üçün Türkiyənin fərqli bölgələrindən əlli məktəb seçilib. Burada, ümumiyyətlə görməyən və zəif görən şagirdlər üçün fərqli tədris metodları nəzərdə tutulub.
Layihənin əsas hədəfi görmə məhdudiyyətli şagirdlərin öz ətrafları ilə eyni sosial və akademik ortamda ola bilməsi, ailələrinin onların təhsili haqda məlumatlı olmasıdır. Bu tədris üsulları ilk olaraq Qars, İstanbul, İzmir, Sırt, Uşak, Ordu, Ankara, Eskişehir,Antalya və digər ərazilərdəki məktəblərə tətbiq olunacaq.
Öncə isə bu tədris metodları ilə bağlı seminarlar təşkil olunacaq.
Lamiyə Süleymanlı