Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-07 16:15:00
Bölgədəki abituriyentlər şəhərdəkilərdən niyə geri qalır? – Statistika və “axsaq fənlər”  

Böyük şəhərlərdən olan abituriyentlərin hazırlıq səviyyəsi regionlarda yaşayıb, tələbə olmaq istəyənlərinkindən daha  yüksəkdir.

Bu üstünlük özünü daha çox Biologiya, İngilis dili, Riyaziyyat, Coğrafiya, Ana dili və ədəbiyyat fənləri üzrə göstərir.

AzEdu.az xəbər verir ki, bunlarDövlətİmtahanMərkəzinin 2017-2018-ci ilüzrətələbəqəbuluvəburaxılışimtahanlarınınelmi-statistiktəhlilininyeraldığı “Abituriyent” jurnalının 12-ci nömrəsindəəksinitapıb.

Jurnalda qeyd olunur ki, böyük şəhərlərdən və kənd rayonlarından olan abituriyentlərin istəklərində oxşar cəhətlər olsa da, bilikləri fərqlidir. Bu fərq özünü ən çox Biologiya və İngilis dili fənlərinə verilən cavablarda göstərir. Respublikanın böyük şəhərlərindən və  rayonlardan olan abituriyentlərin ayrı-ayrı ixtisas qruplarına meyilləri və fənlər üzrə test suallarına cavabvermə göstəricilərinin hər biri ayrılıqda araşdırılıb. Nəticələrə əsasən, hər iki kontingentin ixtisas qruplarına olan istək və meyilləri arasında fərq, demək olar ki, yox dərəcəsindədir.

Həm böyük şəhərlərin, həm də kənd rayonlarının oğlan abituriyentləri riyaziyyat və mühəndislik ixtisasları qrupuna, qız abituriyentləri isə humanitar və pedaqoji ixtisaslar qrupuna daha çox üstünlük verirlər. Lakin bu iki kontingentdən olan abituriyentlərin imtahan fənləri üzrə test tapşırıqlarına cavablarında ciddi fərq var. Böyük şəhərlərdən olan abituriyentlərin hazırlıq səviyyəsi rayonlarda olan abituriyentlərin hazırlıq səviyyəsindən yüksəkdir. Bu üstünlük özünü, ənənəvi olaraq, daha çox Biologiya, İngilis dili, Riyaziyyat, Coğrafiya, Ana dili və ədəbiyyat fənləri üzrə göstərir.

Bütün fənlər üzrə şəhərlərdən olan abituriyentlərin səviyyəsinin yüksək olması, şübhəsiz, şəhər məktəblərinin maddi-texniki bazasının, təlim-tədris texnologiyasının, informasiya təminatının kənd məktəbləri ilə müqayisədə xeyli üstün olması və digər obyektiv amillərlə bağlıdır.

Bununla belə, son illər dövlət xətti ilə, həmçinin Heydər Əliyev Fondu tərəfindən respublikanın müxtəlif bölgələrində, əsasən də kənd rayonlarında müasir standartlara cavab verən məktəblərin inşa edilməsi, onların maddi-texniki bazasının və müəllim potensialının gücləndirilməsi şəhər və rayon abituriyentlərinin bilikləri arasındakı fərqin azalmasına təsir göstərir

 

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları