Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-08 00:01:00
Fəal  tələbələr mükafatlandırılıb

Təcrübədə fəal iştirak edənlər mükafatlandırılıb.

AzEdu.az xəbər verir ki, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) informasiya texnologiyaları və idarəetmə fakültəsinin cihazqayırma mühəndisliyi, metrologiya, standartlaşdırma və sertifikasiya ixtisasları üzrə təhsil alan tələbələri ilboyu təcrübədə fəal iştirak etdiklərinə görə, mükafatlandırılıblar.

Belə ki, “RZ-İNTER” MMC şirkətinin rəhbəri Rauf Zeynalov bu müəssisədə ilboyu təcrübədə müvəffəqiyyətlə iştirak edən 12 tələbəyə sertifikat və hədiyyələr təqdim edib.