Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-08 13:17:01
“Şagirdlər üçün məktəb həyatını necə maraqlı etməli?” – Direktorun pedaqoji mühazirəsi

Dərslər məktəb həyatı üçün bazadır. Amma  şagirdlər məktəbə yalnız bunun üçün deyil, dostlarla görüş, müəllimlərlə söhbət, maraqlı dərsdənkənar işlər,müxtəlif yarış və əyləncəli oyunlar üçün gəlirlər.Məktəb həyatı bir neçə gündəlik dərsdən,dərs isəparta arxasında əyləşməkdən daha artıqdır”.

Şalva Amonaşvili

XXI əsr... Kompüter, internet və texnoloji innovasiyalar dövrü... Bol informasiya və dəyişən maraqlar...

Belə bir dövrdəməktəb həyatını şagirdlərənecə maraqlı etmək olar?
Məktəb kontingentini həndəsi fiqurlardan üçbucaqla xarakterizə etmək olar. Onun bir tərəfində şagird, digər tərəflərində isə müəllim və valideyn dayanır. Xüsusilə valideynlərlə münasibətlərin düzgün qurulması, onlarla mütəmadi əlaqə saxlanılması şagirdlərin məktəbə maraq və məsuliyyətinin artmasına səbəb olur ki, bu da birbaşa təhsilin keyfiyyətinə öz təsir göstərir. Buna görə də məktəb kollektivi olaraq daim valideynlərin fikirlərini dinləyir və dəyərləndiririk.

Bunun üçün ilk növbədə “məktəb, şagird və valideyn” üçbucağının tərəfləri möhkəm, davamlı və müasir tələblərə cavab verməlidir.

Dərsi necə keçək ki, şagirdlər yorulmasınlar?

Şagirdlərin dərsə davamiyyətinin zəif olmasında əsas səbəb dərslərin şagirdlərin tələbatına uyğun qurulmamasıdır. Məktəblilər müasir texnologiyalar dövründə, informasiya bolluğunda yaşadıqlarını başa düşürlər. Amma müəllimlərin əksəriyyəti o qədər darıxdırıcı, dar və ənənəvi çərçivənin içərisində dərs keçir ki, şagirdlərdə dərsdə oturmağa maraq qalmır,dərs sıxıcı 45 dəqiqəyə çevrilir.

Əksər müəllimlərin dərsdə verdiyi suallar digərlərindən onunla fərqlənir ki, artıq cavabı bilirlər. Bu, şagirdlərə bəllidir. Bizə konkret cavabı olan suallar verildikdə özümüzü tələdə hiss edirik. Eyni hissi şagirdlər də keçirirlər. Onlar üçün müəllimin hər sualı düşməməli olduqları pedaqoji tələdir. Nəticədə sualın məqsədi ətrafında düşünməkdənsə, müəllimin gözlədiyi cavabı tapmağa çalışırlar. Tez-tez şagirdlərə əvvəlcədən müəyyənləşdirilmiş düzgün cavabı olmayan  suallar vermək lazımdır. Müəllim iki dəfə ikinin neçə etdiyini bilir, amma şagirdin vurma cədvəlini əzbərləməkdə çətinlik çəkməsinin səbəbini, nə ilə maraqlandığını, nəyi xoşladığını və öyrənmək üçün necə motivasiya olduğunu bilmir.Ona görə də müasir təlim metodlarında istifadə etsək,dərsimiz maraqlı olar. Şagirdlər də yorulub tənəffüz zəngini gözləməzlər.

Sinifdə zəif və yaxşı oxuyan şagirdlər olur.Amma bacarıqsız və qabiliyyətsiz şagird yoxdur.Onun qabiliyyətin üzə çıxara bilməyən müəllim var. Dərs zaman şagirdlərin ən kiçik uğurlarını beləmükafatlandırmalıyıq.

Bunu müxtəlif cür edə bilərik:
- Sinifdə tərifləmək və alqışlatmaqla;
- Maddi dəyəri az olan kiçik bir hədiyyə verməklə;
- Başını sığallayıb, üzündən öpməklə.

Təhsil şöbəsi necə idarə olunmalıdır ki, şagird məktəbdən yayınmasın?

Məktəb ilk növbədə demokratik,şəffaf və aşakarlıq prinsipi ilə idarəolunmalıdır. Zənnimcə, uğurlu məktəb modelini şərtləndirən amillərdən biri də təhsil müəssisəsində işin səmimiyyət üzərində qurulmasıdır. Məktəb rəhbərinin pedaqoji heyət və digər işçilərdən seçilməməsinin mühüm olduğunu düşünərək, onlara hər bir işdə kömək göstərməyə çalışıb məktəbin abadlaşdırılmasında və müxtəlif tədbirlərin təşkilində fəal iştirak edirəm.

Mütəmadi olaraq məktəbdə “Etik qaydalar”, “Nitq mədəniyyəti”, “Mütaliə vərdişləri” adlı seminarlar, “Bilik və məntiq” yarışları, “rəsm və əl işləri”sərgisi,müxtəlif idman oyunları təşkil olunur.
Unutmayaq ki, bizim müəllimliyimiz təhsil almağa ehtiyacı olan şagirdlərin varlığına bağlıdır. Təbii ki, məktəbdə şagirdlərə ilk növbədə akademik biliklər öyrədilir. Ancaq, məktəblilərin şeir söyləməyə, mahnı oxumağa, rəqs etməyə,müxtəlif yarışlara, gəzintilərə də və digər əyləncələr marağı var. Bu amillər onların istedadını üzə çıxarmaqla yanaşı, həm də məktəb həyatını daha maraqlı və unudulmaz edir. Şagird məktəbdə özünü xoşbəxt hiss etməlidir. Ola bilsin ki, artıq "böyümüşük" və şagirdlərin oxuyub-oynaması bizə maraqlı gəlmir. Amma məktəbdə oxuyub-oynamağa yer ayırmamağımız aşağı sinifdə oxuyan şagirdlərə qarşı ədalətsizlik olar. Əsl fədakar müəllim bütün şagirdləri öz doğma övladı bilməli, onların acısını, sevincini bölüşməli, üzlərinə gülməli, bir bənd şeir söyləmək üçün çəkdiyi zəhməti ürəkdən alqışlamağı bacarmalıdır.

Məktəbdənkənar tədbirlərimiz də bütün təhsil iştirakçılarının mədəni inkişafına təkan verir. Dövlət əhəmiyyətli günlərdə məktəbdaxili tədbirlə yanaşı,yaxınlıqda yerləşən tarixi,mədəni abidələr,şəhidməzarları,şəhid ailələri ziyarət olunur,müharibəvetranları və qazilərimizlə görüşlər keçirilir.  Çalışırıq ki, tədbirləri məktəblilərin yaş qrupları üzrə təşkil edək. Bununla, həm tədris prosesi pozulmur, həm də hər mövzuya uyğun anlama qabiliyyəti təmin olunur. Məktəbdaxili ictimai nəzarət dəstələrinin yaradılması da nizam-intizama və mədəniyyətin təkmilləşməsinə effektiv təsir göstərir. Bu zaman həm də şagirdlər özlərini səlahiyyətli hiss edirlər. Düşünürəm ki, məktəblilər həm də nəzarətsiz etik davranış qaydalarını öyrənməlidirlər,beləki tənəffüslər zamanı yoldaşları ilə səmimi və mehriban olmağı, bir-birinə hörmət etməyi öyrətməliyik.
Məlumdur ki, məktəb kontingentinin əsasını şagirdlər təşkil edir. Məktəblilərin fikirlərini dinləmək, onlarla maraqlı bilik yarışları keçirmək, müsabiqələr təşkil etmək, şagird və müəllimlərin təklif etdikləri layihələri dəyərləndirmək işin doğru istiqamətdə inkişafı üçün zəmin yaradır. Bu istiqamətdə bir sıra uğurların olması isə işin səmərəliliyini artırır və şagirdlər arasında motivasiya yaradır.

Təhsilin keyfiyyətini artırmaq üçün yüksək nailiyyətləri olan məktəblərlə qarşılıqlı əməkdaşlığın qurulması, təcrübə mübadiləsi, açıq və nümunəvi dərslərin təşkili vacibdir.

Belə nəticəyə gəlirik ki, Yeni məktəb modeli formalaşır. Bu məktəb modeli bizdən informasiyalaşmanın getdikcə artdığı cəmiyyətin sifarişinə uyğun hərtərəfli şəxsiyyət yetişdirməyi tələb edir. Həmin şəxsiyyət gələcəyi bütün incəlikləri ilə qavraya bilən, hadisələrə obyektiv, tənqidi yanaşan, müstəqil qərarlar verən, daim dəyişən mühitdə yeni əlaqələr quracaq bilik və bacarıqlara sahib olmalıdır. Bu tələblər səviyyəsində şəxsiyyət formalaşdırmaq üçün, ilk növbədə, məktəb rəhbəri olaraq, üzərimizə düşən vəzifəni layiqincə yerinə yetirmək, yeniliklər etmək, islahatlar aparmaq, işimizi “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun qurmağımız olduqca vacibdir. 

Təcrübə göstərir ki, informasiyalaşan cəmiyyətdə daim islahatlar aparılmalıdır. Bu islahatlar çərçivəsində biliklərin vərdişlərə çevrilməsi üçün təkmilləşmənin tətbiqi və dəyişikliklərin həyata keçirilməsi vacibdir. Bunun üçün əsaslı planlaşdırma lazımdır. Bu planlaşdırmanı müəyyənləşdirərək reallaşdıran məktəb rəhbərinin isə klassik idarəetmə anlayışı dəyişməlidir.

Müasir dövrdə insanlar daha çevik və inklüziv təhsil proqramı tələb edir. Bu gün məktəbin vəzifələri dəyişib. Artıq biz cəmiyyətin sifariş etdiyi şagirdi hazırlayırıq. Səriştəli məktəb direktoru isə məktəbi dəyişməklə cəmiyyətə təsir göstərə bilir. Belə ki, hər bir inzibati ərazidə yerləşən məktəbin öz tələbləri var. Əgər hər hansı bir ərazidə istənilən radikal qüvvə gənc nəsli öz tərəfinə çəkirsə, deməli, orada məktəbin fəaliyyəti düzgün qaydada aparılmır. 

Məktəb kollektivi ilə müzakirələrimiz zamanı həmişə tövsiyə edirəm ki, arzulardan ruhlansınlar, amma reallıq hissi ilə qərar versinlər. Tənqidlərdən nəticə çıxarıb zəif göstəricilərin səbəblərini müəyyənləşdirərək inkişaf etməyi, irəli getməyi bacarsınlar. Belə ki, real vəziyyət üzə çıxarılmadan inkişafa nail ola bilmərik.

Yekun olaraq bildirirəm ki, uğurlu məktəb modeli yaratmaq üçün məktəb rəhbəri davamlı olaraq öz komandası ilə bərabər pedaqoji prosesi izləməli, müvəffəqiyyət göstəricilərini müşahidə etməli, sistemli tədbirlər görməli, yanaşma, strategiya və qərarların səmərəliliyini müəyyənləşdirməli, bununla da, dövlətin təhsil siyasətini gerçəkləşdirməyə nail olmalıdır.  Kolletivimlə birgə vətənimizin və millətimizin gələcəyi  üçün şərəf və namusla xidmət edirik və edəcəyik.

Yaşasın müstəqil Azərbaycan!