Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-08 16:52:35
Azyaşlı özünü təhlükəyə atdı -VİDEO

Azyaşlı özünü təhlükəyə atdı Dəqiq hansı məktəb olduğu məlum olmasa da, məktəblinin pəncərədən atılıb dərsdən qaçdığı görüntünü əks etdirən yayılıb.

AzEdu.az bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən rəsmi münasibətini təqdim edir:

"Qeyd olunan videogörüntünün hansı məktəbə aid olduğu bəlli olmasa da, bu kimi hallar yolverilməzdir. Məsələ ilə bağlı müvafiq araşdırma aparılır. Videogörüntünün hansı məktəbə aid olduğu müəyyən edildikdən sonra müvafiq tədbirlər görüləcək.

Qeyd edək ki, təhsil müəssisələrində uşaqların təhlükəsizliyinin təmin olunması daim diqqət mərkəzində saxlanılır və bu kimi hallara qarşı ciddi qabaqlayıcı tədbirlər görülür"