Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-09 09:21:20
Bu peşə təhsil mərkəzində tətbiq olunacaq kurikulumlara dair rəylər alınıb

26 yanvar 2018-ci ildə təməli qoyulan Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi 2019-2020-ci tədris ilindən fəaliyyətə başlayacaq. Beynəlxalq təhsil standartlarına əsaslanan mərkəzin əsas məqsədi qlobal sənaye ehtiyaclarına hazır olan rəqabətqabiliyətli kadrlar hazırlamaqdır.

Mərkəzdə Koreya ekspertləri tərəfindən hazırlanmış və milli təhsil sisteminə uyğunlaşdırılmış təhsil proqramları tətbiq olunacaq. Bu proqramlarında səriştə əsaslı təlim və 60-70 faizi praktik məşğələlərə əsaslanan metodlara xüsusi yer verilib. Qeyd edək ki, Koreya peşə təhsili modeli dünyada ən müasir təhsil standartları hesab olunur. Bu ölkədəki peşə təhsil müəssisələrinin tələbələri hər il keçirilən müsabiqələrdə ilk üçlükdə yer alırlar. Bu səbəbdən mərkəz üçün təhsil proqramları yaradılarkən məhz Koreya peşə təhsili modeli əsas götürülüb.

Ən müasir maddi-texniki baza ilə təchiz olunmuş mərkəzdə “İKT”, “Avtomobil”, “Mexanika”, “Sənayedə quraşdırma işləri”, “Elektronika”, “Elektrotexnika”, “Avtomatika” və “Tikinti” adlı 8 ixtisas üzrə təhsil proqramları tərtib edilib. Qeyd edək ki, bu təhsil proqramlarının dinamik dəyişən əmək bazarının tələblərinə uyğunluğunun ölçülməsi məqsədi ilə hər ixtisas üzrə aidiyyəti qurumlardan rəylər alınıb və proqramların tətbiqi məqsədəuyğun hesab edilib. Rəylərin verilməsində “İmprotex Trucks and Buses”, “AzEduNet”, “Helind”, “Mars Academy”, “Yuga Motors”, “EduMedia”, “Temirli Qrup” ASC,“El-Alyans”, “Optimal” “De-Luks” şirkətləri iştirak edib.

Bununla yanaşı, mərkəzdə tədris olunacaq təhsil proqramlarının işəgötürənlərin rəyləri əsasında daim yenilənməsi və əmək bazarını rəqabətqabiliyyətli və keyfiyyətli kadrlarla təmin etməsi nəzərdə tutulub.