Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-09 11:30:00
Şagirdlər arasında bilik yarışı keçirilib - FOTO

Qazax rayon Birinci  Şıxlı kənd tam orta məktəbində V siniflər arasında Azərbaycan tarixindən " İlin Lider" adlı bilik yarışı keçirilib.

AzEdu.az xəbər verir ki, bilik yarışını keçirməkdə məqsəd şagirdlər arasında rəqabəti gücləndirmək, istedadlı şagirdləri aşkar etmək, onların istedadlarının inkişaf etdirilməsi işini səmərəli təşkil etməkdir.

Bilik yarışında məktəbin direktoru, müəllimlər və şagirdlərin valideynləri iştirak edib.

Məktəbin tarix müəllimi  Araz Vəliyev  tərəfindən V sinifə  uyğun hazırlanmış sualları şagirdlər fərdi şəkildə  cavablandırıb. Yarış ümumilikdə 3 turdan ibarət olub.

Yarışın sonunda  "İlin lideri " adını qazanmış V -b sinif şagirdi Mikayılov Rəvana məktəbin direktoru  Məzahir Qocayev tərəfindən Diplom  təqdim olunub. Bilik yarışında II yerin qalibi Yusifova Nigar , III yerin qalibi Məmmədova Arzu olub.

İştirakçılardan Ə.Tunar , B.Fidan, M.Səlminaz, V .Sevil, Q.Əsmər sinfin "Fəal Şagirdi"  seçilib.